İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İraq münasibətlərində GƏRGİNLİK: Trampın xüsusi nümayəndəsi gözlənilmədən İSTEFA VERDİ

988 01.02.2026 16:19 Siyasət A A

Amerikalı iş adamı Mark Savaya ABŞ prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Savaya yanvarın 23-də Bağdad rəsmiləri ilə keçirilməsi planlaşdırılan danışıqları ləğv edib.

Mənbələrin bildirdiyinə görə, Savaya ölkədəki əsas vəzifələri “səhv idarə etməsi”, eləcə də 2006-cı ilin mayından 2014-cü ilin avqustunadək İraq hökumətinə rəhbərlik etmiş keçmiş baş nazir Nuri əl-Malikinin yenidən bu posta qayıtması ehtimalı ilə bağlı mövqeyinə görə vəzifəsini itirə bilərdi.

Donald Tramp Nuri əl-Malikinin baş nazir vəzifəsinə təyin olunacağı təqdirdə bunun İraqı xaosa və yoxsulluğa sürükləyəcəyini bəyan edib. ABŞ prezidenti vurğulayıb ki, Amerikanın dəstəyi olmadan İraqın “uğur, rifah və azadlıq şansı olmayacaq”.

Qeyd edilir ki, Trampın hazırkı Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Savayanın yerinə namizəd ola və gələcəkdə ABŞ Dövlət Departamentinin İraq üzrə fəaliyyətinə rəhbərlik edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR