İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidenti Cenevrə danışıqları öncəsi Ukraynaya yükləndi

498 17.02.2026 10:10 Siyasət A A

Ukrayna müharibəsi üzrə Cenevrədə keçiriləcək üçtərəfli danışıqlar əhəmiyyətli prosesdir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib:

"Bunlar böyük danışıqlardır. Çox sadə olacaq. Baxın, hazırda Ukraynanın danışıqlar masasına tez gəlməsi daha yaxşı olardı. Sizə dediklərim budur".

Ağ Ev rəhbəri Ukrayna hakimiyyəti və münaqişənin həlli danışıqlarına istinad edərək bildirib ki, "biz onların gəlməsini istəyirik".

Qeyd edək bu gün Cenevrədə keçiriləcək görüşlərdə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli məsləhətləşmələrin davam etdirilməsi, ilkin çərçivə sənədinin razılaşdırılması planlaşdırılır. Birinci raund 23-24 yanvar tarixlərində Əbu-Dabidə, ikinci raund isə 4-5 fevral tarixlərində BƏƏ-nin paytaxtında keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR