İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qrenlandiyaya xəstəxana-gəmi göndərir

507 22.02.2026 09:12 Siyasət A A

ABŞ yerli sakinlərə tibbi yardım göstərmək üçün Qrenlandiya sahillərinə xəstəxana gəmisi göndərəcək.

Musavat.com xəbər verir ki, məlumatıABŞ prezidenti Donald Tramp Truth Social hesabında elan edib: "Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə tərəfdaşlıq çərçivəsində biz orada heç kimin düşünmədiyi çoxsaylı xəstə insanlara qulluq etmək üçün Qrenlandiyaya gözəl bir xəstəxana gəmisi göndərəcəyik. Artıq yola düşüb".

Qeyd edək ki, dekabrın 25-də Ağ Ev Luiziana qubernatorunu ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin edib. Təyinatından sonra Lendri X-də adanı ABŞ-a birləşdirmək istədiyini açıqlayıb. Bu, Danimarkada diplomatik qalmaqala səbəb olub və ABŞ səfirinin Xarici İşlər Nazirliyinə çağırılması ilə nəticələnib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR