İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya və Çini Venesuela və Qrenlandiyaya buraxmayacaq – Tramp

981 10.01.2026 09:25 Siyasət A A

ABŞ Rusiya və ya Çinin Venesuelaya və ya Qrenlandiyaya daxil olmasına icazə verməyəcək, lakin Karakasın Vaşinqtonun müttəfiqi olacağını gözləyir.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Ağ Evdə iri neft şirkətlərinin yüksək vəzifəli rəhbərləri ilə görüşdə deyib.

Ondan Venesuelanı və onun yeni hökumətini müttəfiq hesab edib-etmədiyi soruşulub: "Onlar müttəfiq kimi görünürlər və düşünürəm ki, onlar belə də qalacaqlar. Və biz Rusiyanın orada olmasını istəmirik (Venesuelada – red.). Biz Çinin orada olmasını istəmirik. Və yeri gəlmişkən, biz Rusiya və ya Çinin Qrenlandiyaya girməsini istəmirik, çünki Qrenlandiyanı almasaq, ən yaxın qonşularınız Rusiya və ya Çin olacaq. Bu, baş verməyəcək".

O, bildirib ki, ABŞ Qrenlandiyanı almaq istəyir və buna bu və ya digər şəkildə nail olacaq. Tramp hazırda Qrenlandiyanın hər hansı bir formada satın alınmasını ciddi şəkildə düşünmədiyini açıqlayıb: "Hələ Qrenlandiya üçün puldan danışmıram. Bu barədə danışa bilərəm, amma hazırda Qrenlandiya ilə nəsə edəcəyik, istəsələr də, istəməsələr də. Çünki bunu etməsək. Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək və biz Rusiya və ya Çinin qonşu olmasını istəmirik". "Bilirsiniz, asan yolla razılaşmaq istərdim. Amma bunu edə bilməsək, çətin yolu seçəcəyik", - deyə ABŞ administrasiyasının rəhbəri vurğulayıb.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR