ABŞ prezidenti Donald Tramp kabinet iclası zamanı bildirib ki, Vaşinqton artıq Ukrayna böhranının maliyyələşdirilməsində əvvəlki kimi iştirak etmir.
Musavat.com xəbər verir ki, Tramp açıqlamasında sələfi Co Baydeni rekord həcmdə vəsait xərcləməkdə ittiham edib.
“Bayden 350 milyard dolları konfet kimi payladı”. – deyə ABŞ lideri bəyan edib. Onun sözlərinə görə, bu “kolossal məbləğin böyük qismi nağd şəkildə, bir hissəsi isə hərbi avadanlıq formasında Kiyevə verilib”.
Tramp əlavə edib ki, hazırda ABŞ nümayəndələri Rusiyada danışıqlar aparır və məqsəd Ukrayna ətrafında yaranmış böhranı diplomatik yolla həll etmək imkanlarını yoxlamaqdır.
Rəsmi Vaşinqtondan mövzu ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.
Musavat.com






