İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ–Ukrayna danışıqlarında çətin anlar: Florida görüşündən gərgin siqnallar

541 01.12.2025 01:38 Dünya A A

ABŞ-la Ukrayna nümayəndə heyətləri arasında Floridada keçirilən danışıqlar gözlənildiyi qədər rahat keçmir.

Musavat.com xəbər verir ki, AFP agentliyinə danışan Ukrayna nümayəndə heyətindəki mənbə görüşlərin “asan olmadığını”, tərəflərin həm formulirovkalar, həm də konkret qərarlar üzərində ciddi şəkildə “baş sındırdığını” bildirib.

Mənbənin sözlərinə görə, prosesdə ağır və həssas məqamlar olsa da, ümumi ab-hava konstruktivdir. Tərəflər kompromis variantlarını tapmaq üçün intensiv şəkildə işləyir və müzakirələr tam qapalı formatda davam edir.

Məlumata əsasən, Floridada aparılan danışıqların nəticələri yaxın günlərdə həm Kiyev, həm də Vaşinqton üçün həlledici xarakter daşıya bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR