Dövlət Departamenti Ukraynaya 185 milyon dollarlıq hərbi ehtiyat hissələrinin təminatını təsdiqləyib. Vaşinqton administrasiyası hesab edir ki, Ukrayna təcili olaraq ABŞ tərəfindən təmin edilən hərbi texnikanın saxlanması üçün detallara ehtiyac duyur.
Musavat.com xəbər verir ki, bu, Pentaqonun hökumətlərarası müqavilələr çərçivəsində xaricə silah satışından məsul olan Xarici Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin açıqlamasında yer alıb.
Agentliyin bəyanatında qeyd olunur ki, "Ukrayna təcili olaraq ABŞ tərəfindən təmin edilən nəqliyyat vasitələrinin və silah sistemlərinin yüksək əməliyyat hazırlığını qorumaq üçün potensialını gücləndirməlidir": "Bu avadanlığın satışı və bu dəstəyin təmin edilməsi regiondakı hərbi balansı dəyişdirməyəcək".
Nazirlik əlavə edib ki, ehtiyat hissələrinin təmin edilməsi ABŞ-ın döyüş hazırlığına təsir göstərməyəcək və Ukraynaya Amerika podratçılarının və ya rəsmilərinin göndərilməsini tələb etməyəcək.
Musavat.com






