Musavat.com xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiya–Ukrayna müharibəsinə dair kəskin açıqlama ilə çıxış edib.
O, tərəfləri birbaşa danışıqlara başlamağa və münasibətləri normallaşdırmağa çağırıb.
Vens bildirib ki, regionda sülhün bərpası üçün ilk addım qarşıdurmanı dayandırmaq və real maraqlara əsaslanan əməkdaşlıq mühitinin yaradılmasıdır:
“Niyə bir-birinizi öldürməyi dayandırmırsınız?
Niyə ticarət etməyə başlamırsınız?
Niyə iqtisadi əməkdaşlıq qurmayasınız, iki ölkə arasında səfərləri və əlaqələri bərpa etməyəsiniz?
Niyə mədəni mübadilələrə başlamayasınız?”.
Vensin sözlərinə görə, uzunmüddətli sabitlik üçün hər iki ölkə bir-birinə düşmən kimi yox, qonşu və potensial tərəfdaş kimi yanaşmalıdır.
Musavat.com






