İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ xanım prezident dönəminə hazırlaşır? - Trampın bu dəfə də rəqibi o ola bilər

636 15.12.2025 20:55 Siyasət A A

2024-cü il seçkilərində Donald Trampa uduzan Kamala Harris revanşa hazırlaşır. Məlumatlar yayılıb ki, 2028-ci il seçkilərində də xanım siyasətçi demokratların namizədi olmaq eşqinə düşüb. Bu dəfə onun qələbə qazanmaq əzmində olduğu bildirilir.

Bu barədə “Axios” nəşri məlumat yayıb.

“Kaliforniya qubernatoru Qevin Nyusom və digər potensial namizədlərin rəqabətinə baxmayaraq, milli sorğular göstərir ki, Harris Demokratlar Partiyasının öncül namizədi olaraq qalır”, - məlumatda bildirilib.  (Axar.az)

Bu dəfə necə, Kamala Harris iddiaçı olarsa, qalib gələ bilərmi?

MUTELLİM.jpg (103 KB)

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında siyasətin hər zaman dinamik və dəyişkən olduğunu söyləyib:

“Kamala Harris Birləşmiş Ştatlarda ötən il keçirilən prezident seçkilərində Donald Trampa məğlub olub. Artıq Tramp ABŞ siyasətində yeni izlər buraxmaqdadır və bu siyasətin başa çatdırılması zəruridir. Çünki Donald Trampın başlatdığı siyasi xəttin yarımçıq qalması ABŞ-nin qlobal nüfuzunun zəifləməsinə və mövcud hegemon mövqeyinin ciddi şəkildə sarsılmasına gətirib çıxara bilər.

Böyük ehtimalla, növbəti prezident seçkilərində də Respublikaçılar Partiyasının namizədinin prioritetliyi ön planda olacaq. Bu baxımdan hesab etmək olar ki, növbəti seçkilərdə Trampın açıq şəkildə dəstəklədiyi namizədin qələbə qazanmaq ehtimalı kifayət qədər yüksəkdir. Amma nəzərə almaq lazımdır ki, siyasi proseslər son dərəcə dinamik və dəyişkəndir. Biz yalnız mövcud vəziyyəti təhlil edərək proqnoz veririk. Bu proqnozlar isə Kamala Harrisin əleyhinədir. Çox güman ki, Birləşmiş Ştatlar dünyanın yenidən bölüşdürülməsi və ölkənin yeni strateji məqsədləri və milli maraqlarına uyğun hazırlanmış sənədlərin reallaşdırılması üçün Respublikaçılar Partiyasının hakimiyyətinə səs verəcək. Bu siyasət müəyyən hədəfə yetişdikdən sonra biz demokratların qələbəsindən danışa bilərik”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR