İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaxın Şərqdə heç kimdə nüvə silahı olmasını istəmir

378 18.02.2026 09:21 Siyasət A A

Vaşinqton Yaxın Şərqdə nüvə silahının yayılmasının qarşısını almağı prioritet hesab edir.

Musavat.com xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Venc "Fox News"a verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Tehranın nüvə bombası əldə etməsi regionda nəzarətsiz silahlanma yarışına səbəb olacaq:

"ABŞ-nin müəyyən qırmızı xətləri var. Burada əsas marağımız İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Biz nüvə silahının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra nüvə silahı əldə etmək istəyən bir çox başqa rejimlər - bəziləri dost, bəziləri o qədər də dost olmayan rejimlər ortaya çıxacaq. Bu, Amerika xalqı üçün fəlakət olardı".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR