İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda biabırçı mənzərə: məktəb yolu bataqlığa çevrildi – uşaqlar palçıq içində dərsə gedir – VİDEO

981 05.12.2025 16:32 Ölkə A A

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbin girişi yağış sularından gölməçəyə çevrilib.

Musavat.com-a müraciət edən valideynlər bildiriblər ki, məktəb binası yeni təmir olunub, istifadəyə verilib, lakin məktəbin girişi və yolu hər yağışdan sonra keçilməz vəziyyət alır.

Valideynlər deyir ki, bu, adi haldır:

“Bu gecə yağışdan sonra məktəbin qarşısı yenə keçilməz oldu. Uşağı dərsə çətinliklə gətirə bildim. Qayıqla üzüb keçək? Niyə məktəb yolunu təmir etmirlər? Bütün təhsil müəssisələrinin qarşısı ən azından asfalt olur. Burada isə yol salınmayıb. Hər yağış yağanda palçıq yaranır”, – deyə onlar vurğulayıblar.

Saray 1 nömrəli tam orta məktəbin direktoru Asəf Bayramov Musavat.com-a açıqlamasında subasmanın qəza ilə bağlı olduğunu bildirib: “Subasması qəza ilə bağlı idi. Xidmətdən gəlib kanalizasiyanı təmizləyib açdılar. Yolun subasması uşaqların gediş-gəlişinə əngəl yaratmır. Həm də subasma məktəb daxilində yox, məktəb xaricindədir”, – deyə direktor bildirib.

Lakin valideynlər direktorun açıqlamasını qəbul etmirlər. Onlar bildirirlər ki, problem hər yağışda təkrarlanır və yol uzun müddət düzəlmədikcə şagirdlər bu çətinliyi yaşamağa davam edəcəklər.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Rəsmi qurumdan bildirdi ki, sözügedən məktəbin əsaslı təmirindən sonra asfalt örütüyünün yenilənməsi nəzərdə tutulub: “Bir müddət bundan öncə sakinlərin müraciətindən sonra Saray bələdiyyəsi tərəfindən əraziyə baxış keçirilib. Baxış keçirildikdən sonra ərazinin asfalt örtüyünün yenilənməsi qərarı verilib. Hazırda müvafiq sənədləşmə işləri həyata keçirilir. Yaxın günlərdə hava şəraiti imkan verən kimi sözügedən ərazinin asfalt örtüyü yenilənəcəkdir”.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR