İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə İrana mümkün zərbə planlarının müzakirəsi başlayıb

938 10.01.2026 23:39 Gündəm A A

ABŞ administrasiyasında İrana mümkün zərbələrlə bağlı müzakirələr başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı "Wall Street Journal" qəzeti mötəbər mənbələrə istinadən yayıb.

Biıdirilir ki, ABŞ rəsmiləri prezident Donald Trampın təhdidləri fonunda potensial hədəflər də daxil olmaqla, İrana mümkün zərbə planlarını müzakirə ediblər.

Nəzərdən keçirilən variantlardan biri İrandakı bir sıra hərbi hədəflərə qarşı genişmiqyaslı hava hücumları seriyasıdır.
Eyni zamanda mənbələr qəzetə bildiriblər ki, müzakirələr standart planlaşdırma çərçivəsində aparılır və zərbələrin həqiqətən həyata keçiriləcəyinə dair heç bir əlamət yoxdur.

Müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR