İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkəsi Trampın təhdidlərinə kəskin cavab verib

1323 12.03.2026 22:05 Dünya A A

İspaniya ABŞ prezidenti Donald Trampın iki ölkə arasında ticarət əlaqələrini kəsməklə bağlı təhdidlərindən qorxmur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez TVE-yə verdiyi müsahibədə bildirib.

"Biz heç nədən qorxmuruq. Ticarətin Brüssel tərəfindən qərarlaşdırılan bir məsələ olduğunu və bunu əsaslandırmaq üçün heç bir əsas olmadığını nəzərə alsaq, ABŞ-nin İspaniyaya qarşı hər hansı bir tədbir görməsi mənasız olardı. Bu, alt-üst olan, mütləq xaos və nizamsızlıq dünyası olardı", - deyə diplomat vurğulayıb.

Albarez qeyd edib ki, İspaniya "suveren əsasda" qərarlar qəbul edən azad və müstəqil bir ölkədir. O, ABŞ-nin krallıqda "İspaniyanın suverenliyi altında olan, lakin birgə istifadə üçün nəzərdə tutulmuş" iki baza saxladığını xatırladıb.

Bundan əvvəl Tramp yenidən İspaniya ilə ticarəti kəsməklə hədələyib. Amerika lideri Madridi ABŞ-nin İrana qarşı hücumlar üçün öz ərazisindəki bazalardan istifadəsini qadağan etdikdən sonra NATO ilə əməkdaşlıq müqaviləsini pozmaqda günahlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR