İnsanlara hürriyət, millətlərə istiqlal!

Akopyanın döyülməsi onun istefasına səbəb ola bilər

784 10.12.2025 13:30 Region A A

Politoloq Miqran Akopyanın döyülməsi hadisəsinə görə Ermənistanın baş prokuroru Anna Vardapetyan “zərər görə” bilər, hətta onun istefası məsələsinin qaldırılması mümkündür.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Hadisə ilə bağlı ən geniş yayılmış versiyaya görə, Akopyan onun tərəfindən yaxınlarda yazılıb sonradan silinmiş paylaşıma görə döyülüb. Həmin paylaşımda subay Milli Təhlükəsizlik Xidməti direktoru Andranik Simonyan ilə evli Anna Vardapetyan arasında sevgi münasibətlərindən bəhs olunurdu. Məsələ ondadır ki, “Vətəndaş müqaviləsi” partiyasında baş prokurorun fəaliyyətindən uzun müddətdir narazıdırlar. Partiyada həmçinin qeyd olunan vəzifəli şəxslər arasında əlaqə məsələsi müzakirə olunur və istisna edilmir ki, “VM” üzvləri bu hadisədən istifadə edərək istefa məsələsini qaldırsınlar.

Üstəlik, kilsəyə qarşı kampaniya fonunda Paşinyan komandanı ailə münasibətlərini qaydaya salmağa və nikahdankənar əlaqələri dayandırmağa çağırmışdı”, - deyə nəşr qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR