İnsanlara hürriyət, millətlərə istiqlal!

Alican sərhəd qapısında "Böyük Qayıdış" hazırlığı: 33 illik fasilə bitir

859 09.02.2026 13:22 Dünya A A

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesində tarixi mərhələyə qədəm qoyulub.

Musavat.com xəbər verir ki, İğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən və 1993-cü ildən bəri mülki keçidlər üçün bağlı olan Alican sərhəd keçid məntəqəsində bərpa və modernizasiya işləri son mərhələyə çatıb.

İşlərin 90%-i tamamlanıb: Açılış martda gözlənilir

İğdır valisi Fırat Taşolar sərhəd xəttində aparılan infrastruktur işləri ilə yerində tanış olaraq, hazırlıqların sürətləndirildiyini bəyan edib.

 Gömrük zonasında yeni inzibati binalar tikilib, texniki infrastruktur ən müasir standartlara uyğunlaşdırılıb. Sərhəd qapısında yerləşən 5-ci Hudut Briqadasına məxsus hərbi zastava başqa əraziyə köçürülüb və sahə artıq Türkiyə Ticarət Nazirliyinin balansına verilib.

İlkin mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması, daha sonra isə yük daşımalarının (Marqara körpüsü vasitəsilə) bərpası planlaşdırılır.

İş adamları və yerli rəsmilər Alican qapısının açılmasını region iqtisadiyyatı üçün "inqilabi addım" kimi qiymətləndirirlər. İrəvanın İğdırdan cəmi 45-50 kilometr məsafədə yerləşməsi ticarət dövriyyəsinin sürətlə artmasına imkan verəcək. Bu keçid həm də Ermənistan ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən "Tramp Marşrutu" (TRIPP) dəhlizi ilə sinxronlaşdırılacaq.

Ermənistan vətəndaşlarının alış-veriş və turizm məqsədilə İğdır, Qars və Ərzurum regionlarına axınının başlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında aparılan danışıqlar nəticəsində əldə olunan bu razılaşma, Cənubi Qafqazda daimi sülhün bərqərar olması yolunda ən mühüm rəmzi və praktiki addımlardan biri sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR