İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ən böyük rus şəbəkəsini dağıtdı

541 03.02.2026 00:34 Dünya A A

Almaniyada Rusiya ordusu üçün Qərb mənşəli texnologiyaların qanunsuz tədarükü ilə məşğul olan genişmiqyaslı qaçaqmalçılıq şəbəkəsi ifşa edilib.

Musavat.com xəbər verir ki, Almaniya polisi və kəşfiyyat orqanlarının birgə əməliyyatı nəticəsində müharibə başlayandan bəri Rusiyaya 16 mindən artıq elektronika partiyası göndərən qrup zərərsizləşdirilib.

İstintaq materiallarına əsasən, saxlanılan şəxslər Rusiya hərbi-sənaye müəssisələri üçün vacib sayılan mikroçiplər və digər yüksək texnologiyalı komponentlərin Avropadan gizli şəkildə çıxarılmasını təşkil ediblər. Şəbəkənin fəaliyyəti zamanı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar sistemli şəkildə pozulub.

Əməliyyat çərçivəsində beş nəfər həbs olunub. Onların arasında Almaniya və Rusiya ikili vətəndaşlığı olan şəxslər, həmçinin Almaniya–Ukrayna vətəndaşı da var. Qaçaqmalçılıq sxeminin əsas koordinatoru Lübek şəhərindən olan Nikita S. hesab edilir. Hazırda iş üzrə daha beş şübhəli şəxs beynəlxalq axtarışdadır.

Alman hüquq-mühafizə orqanları bildirir ki, bu hadisə tammiqyaslı müharibə dövründə Rusiyanın silahlanması üçün Qərb texnologiyalarının qanunsuz daşınması ilə bağlı ölkədə aşkar edilən ən iri kanallardan biridir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR