İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya və Yaponiya avtomobillər yenidən Rusiyada - Çin sayəsində

2770 13.02.2026 22:36 Dünya A A

“BMW”, “Mercedes-Benz” və “Volkswagen” şirkətləri istehsal etdikləri avtomobillərin Çinin vasitəsilə Rusiyaya tədarük edilməsinin qarşısını ala bilmirlər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın “Toyota”, “Mazda” kimi premium brendlərinin avtomobilləri də Rusiya bazarına boz kanallar vasitəsilə daxil olmaqda davam edir. Əsas sxem yeni avtomobillərin rəsmi olaraq "işlənmiş" kimi təsnif edilməsidir.

Bu avtomobillərin əhəmiyyətli bir hissəsi ya Çində beynəlxalq şirkətlər arasında birgə müəssisələrdə istehsal olunur, ya da digər ölkələrdə istehsal edildikdən sonra Çindən tranzit yolu ilə daşınır.

Çinli satıcılar konveyer xəttindən yeni çıxmış avtomobilləri ölkə daxilində işlənmiş avtomobil kimi qeydiyyata alır, sonra xaricə ixrac üçün statuslarını dəyişirlər.

“Röyters” xəbər verir ki, bu üsul onlara Rusiyaya ixracı avtomobil istehsalçılarının baş ofisi ilə razılaşdırmaq tələbindən yan keçməyə imkan verir.

“BMW”, “Mercedes-Benz” və “Volkswagen” nümayəndələri Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində bu ölkəyə tavtomobil tədarüknünün bitdiyini elan ediblər, lakin bu cür pozuntuların monitorinqində çətinliklərin olduğunu etiraf edirlər.

Bu kanalları bloklamaq praktik olaraq mümkün deyil; məhdudlaşdırıcı tədbirləri aradan qaldırmağın çox yolu var.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR