İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada narazılıq: “Putinin hakimiyyəti altında yaşamaq daha yaxşıdır, nəinki döyüşmək”

813 06.12.2025 00:09 Dünya A A

Musavat.com xəbər verir ki, Almaniyada hökumətin ordu sıralarını genişləndirmək məqsədilə qəbul etdiyi yeni çağırış qanunu cəmiyyətdə, xüsusilə də gənclər arasında ciddi narazılığa səbəb olub.

5 dekabrda parlamentin təsdiqlədiyi qanuna əsasən, bütün 18 yaşlı kişilər tibbi müayinədən keçməli, çağırışçı çatışmazlığı yaranarsa, gənclər püşkatma yolu ilə hərbi xidmətə göndəriləcək. Könüllülərə isə ayda təxminən 2600 avro ödəniş vəd edilir.

Lakin Almaniyanın gənc nəsli bu dəyişikliklərə açıq etiraz edir. Aksiyalarda səslənən fikirlərə görə, onlar “dövlət üçün ölmək istəmirlər” və məcburiyyət olacağı təqdirdə ölkədən getməyə və ya hətta “işğal altında yaşamağa üstünlük verəcəklərini” bildirirlər. Bu cümlələr Almaniya ictimaiyyətində böyük rezonans yaradıb. 

Berlində parlament binası qarşısında keçirilən aksiyalarda gənclər “Hərbi xidmətə yox” şüarı ilə plakatlar qaldırıb. Aktivistlər hesab edirlər ki, yeni qanun fərdi azadlıqları ciddi şəkildə məhdudlaşdıracaq və dövlət–vətəndaş münasibətlərində təhlükəli dönüş yaradır.

DW yazır ki, etirazların yaxın günlərdə Berlin, Hamburq, Düsseldorf, Drezden, Münhen də daxil olmaqla bütün ölkəyə yayılması gözlənilir. Gərginlik artdığı üçün hökumətin əlavə izahat verməsi və ictimai narahatlığı azaltmaq üçün yeni addımlar atması ehtimal olunur. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR