İnsanlara hürriyət, millətlərə istiqlal!

Altın Qlobus sahiblərini tapdı: “Adolescence” gecəyə damğa vurdu

304 12.01.2026 14:00 Şou-biznes A A

Kino və televiziya dünyasının ən nüfuzlu mükafatlarından biri olan Altın Qlobus Mükafatları Los-Ancelesdə keçirilən möhtəşəm mərasimlə sahiblərinə təqdim olunub.

Musavat.com xəbər verir ki, komediyaçı Nikki Glaserin aparıcılıq etdiyi gecənin ən çox müzakirə olunan layihəsi televiziya kateqoriyalarında fırtına kimi əsən “Adolescence” oldu. Netflix istehsalı olan serial “Ən Yaxşı Mini-Serial” da daxil olmaqla ümumilikdə 4 nominasiya üzrə mükafat qazanaraq gecəyə damğa vurub.

“Adolescence” serialındakı rolu ilə diqqət çəkən 16 yaşlı Owen Cooper mini-serial kateqoriyasında "Ən Yaxşı Köməkçi Kişi Aktyor" mükafatını qazanaraq bu mükafata layiq görülən ən gənc aktyor kimi tarixə düşüb.

Televiziya kateqoriyasında digər mükafatlar “The Studio” (Ən Yaxşı Komediya) və “The Pitt” (Ən Yaxşı Dram) seriallarına verildi. Bundan əlavə, “Pluribus” serialındakı performansına görə Rhea Seehorn Dram janrında "Ən Yaxşı Qadın Aktyor" mükafatına layiq görülüb.

Film kateqoriyalarında rəqabət olduqca gərgin idi. Rejissor Chloé Zhaonun çəkdiyi “Hamnet” filmi gecədən "Ən Yaxşı Dram Filmi" və Jessie Buckleyə "Ən Yaxşı Qadın Aktyor" mükafatı ilə dönüb.

Lakin mükafat sayı baxımından baş rolunda Leonardo DiCaprionun çəkildiyi “One Battle After Another” filmi ön plana çıxıb.

Film "Ən Yaxşı Komediya/Müzikal", "Ən Yaxşı Rejissor" (Paul Thomas Anderson), "Ən Yaxşı Ssenari" və "Ən Yaxşı Köməkçi Qadın Aktyor" (Teyana Taylor) nominasiyalarında ümumilikdə 4 mükafat qazanaraq kino kateqoriyasında zirvəyə yüksəlib.

ALTIN QLOBUS TARİXİNDƏ BİR İLK

Gecənin tarixi anlarından biri Wagner Mouranın mükafat alması olub. “The Secret Agent” filmindəki roluna görə Dram janrında "Ən Yaxşı Kişi Aktyor" seçilən Moura, Altın Qlobus tarixində aktyorluq sahəsində mükafat qazanan ilk braziliyalı kimi tarixə düşüb.

İLK DƏFƏ QAZANANLAR VƏ SÜRPRİZLƏR

Gənc ulduzlar Timothée Chalamet (Marty Supreme) və Rose Byrne (If I Had Legs I’d Kick You) Komediya/Müzikal janrında müvafiq olaraq "Ən Yaxşı Kişi Aktyor" və "Ən Yaxşı Qadın Aktyor" mükafatlarını qazanaraq karyeralarında ilk Altın Qlobus sevincini yaşayıb.

Stellan Skarsgård isə “Sentimental Value” filmi ilə "Ən Yaxşı Köməkçi Kişi Aktyor" mükafatına layiq görülüb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR