İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasının məzarı ətrafındakı 17 illik ağaclar kəsildi-qalmaqal

667 19.02.2026 13:56 Ölkə A A

Suraxanıda qəbiristanlıqda 17 illik ağaclar kəsilib.

Musavat.com xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən Dədə Qorqud qəbirstanlığında məzar ətrafında əkilmiş ağacların kəsilməsi ilə bağlı narazılıq yaranıb.

Bu barədə jurnalist Nərmin Hacıyeva sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, anasının vəfatının ildönümü ilə əlaqədar qəbiristanlığı ziyarət edərkən məzarın ətrafında 2009-cu ildə əkilmiş üç ağacın kəsildiyini görüb:

“Bu qədər canilik necə ola bilər?! Dünən anamın vəfatının il dönümü ilə bağlı Suraxanı rayonu ərazisindəki Dədə Qorqud qəbiristanlığına, anamın qəbrini ziyarət etməyə getmişdim. Qəbrin ətrafında 2009-cu ildə əkdiyimiz, 17 illik üç ağac kəsilmişdi. Bu video, bu da sübutlar. Ağacların diametri heç də az deyildi, 28, 24, 24 diametrli ağacları məhv etmişdilər. Bu qədər canilik necə ola bilər? Ərazidəki fəhlədən ağacların kim tərəfindən kəsildiyini soruşduq. Bildirdi ki, qəbiristanlığın faktiki rəhbəri Uğur adlı şəxsdən göstəriş alıb və kəsib..."


Narazı vətəndaş qeyd edib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırma aparılır: "Müraicət etiyim gün də qurumdan nümayəndələr əraziyə gəldilər, aradırma apardılar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR