İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqşin Fatehin restoranı bağlandı

787 20.02.2026 14:15 Şou-biznes A A

Müğənni Aqşin Fatehin restoranı bağlanıb.

Musavat.com xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb.

Aqşin ""By Fateh" bağlandı" deyərək yeni məkan açacağını bildirib.

Qeyd edək ki, restoran yerləşdiyi ərazidə səs-küyə görə sakinləri narahat etmiş və şikayətlərə görə cəzalandırılmışdı. Bir neçə gün əvvəl isə Qida Təhlükəsizliyi Agentliyi restoranda yoxlama aparıb. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahələrində havalandırma sisteminin quraşdırılmadığı, xammal ət məhsullarına dair müşayiətedici sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi məlum olub. Eyni zamanda satış üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırılma əlamətləri olan "Chivas" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. 

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR