İnsanlara hürriyət, millətlərə istiqlal!

Araqçidən Laricaninin öldürülməsi ilə bağlı AÇIQLAMA

1457 18.03.2026 09:56 Dünya A A

İranın xarici işlər naziri Abbas Araqçi "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə Əli Laricaninin öldürülməsini şərh edib. 

Musavat.com xəbər verir ki, o, baş verənlərin İran hakimiyyətinin sabitliyinə təsir etməyəcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail İslam Respublikasının dayanıqlı institutlara söykənən güclü bir siyasi sistemə malik olduğunu "hələ də dərk etməyiblər".

Araqçi vurğulayıb ki, ayrı-ayrı şəxslərin rolu həlledici deyil: "Hər hansı bir şəxsin varlığı və ya yoxluğu bu struktura təsir göstərmir".

Nazir qeyd edib ki, şəxsiyyətlər önəmli olsa da, əsas amil sistemin özünün möhkəmliyidir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR