İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atam onun adını əlinə döymə etdirmişdi"

2731 07.02.2026 03:21 Şou-biznes A A

Müğənni Nadir Qafarzadə "Xəzər axşamı" verilişində səmimi açıqlamaları ilə diqqət çəkib.

Sənətçi keçmiş kişilərin xarakteri və ata-övlad münasibətləri ilə bağlı maraqlı fikirlər səsləndirib:

"O vaxt şair Əliağa Vahidlə atam dost olub. Mən onu görməmişdim. Atamın əlində "Vahid" yazılı döymə də var idi.

Hərdən düşünürəm ki, o vaxtkı zəhmli kişilər indi yoxdur. Biz çalışsaq da, atalarımız kimi kişilər ola bilmirik. Mənimlə yəqin ki, çoxları razılaşar. O vaxtın kişiləri də başqa xarakterdəydilər. Qapıdan içəri girəndə ağırlıqları hiss olunurdu. Psixologiyamızda bunu belə yaratmışdılar. Anam deyirdi ki, "Atanız gəlir!". Onunla dost kimi deyildik. Əslində dostuq etmək mümkündür, amma arada pərdə olmalıdır". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR