İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa çempionatının yarımfinalını azərbaycanlı hakim idarə edəcək - ADI AÇIQLANDI

688 15.08.2025 11:33 İdman A A

Azərbaycanın ən yaxşı basketbol hakimi hesab olunan Ələkbər Həsənov beynəlxalq arenada mühüm təyinat alıb.

Musavat.com xəbər verir ki, o, 16 yaşadək basketbolçular arasında Avropa çempionatının yarımfinal mərhələsində Litva – İtaliya oyununu idarə edəcək.

Qitənin bu yaş kateqoriyasında ən güclü komandaları hazırda Gürcüstanın paytaxtı Tiflisdə mübarizə aparır. Ələkbər Həsənovun baş hakim kimi çalışacağı yarımfinal qarşılaşması bu gün saat 18:30-da start götürəcək.

Turnirin digər yarımfinalında isə Serbiya və Sloveniya yığmaları üz-üzə gələcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR