ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı danışıqların başladığını elan edib.
Musavat.com xəbər verir ki, o, həm Vaşinqton, həm də Avropa üçün "yaxşı bir razılaşma"ya ümid etdiyini bildirib: "Danışıqlara başladıq. Ümid edirəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq. Milli təhlükəsizlik baxımından bu, çox vacib bir razılaşmadır. Düşünürəm ki, razılaşma əldə edəcəyik."
Amerika liderinin sözlərinə görə, "bir neçə məsələdə razılaşma əldə edilib" və Avropa "ABŞ-ın bunu etməsini (razılaşma əldə etməsini - red.) istəyir."
Musavat.com






