İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı elan etdi

539 29.01.2026 19:29 Siyasət A A

Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.

Musavat.com xəbər verir ki,Ş məlumatı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas X sosial media platformasında açıqlayıb: "Repressiyalar cavabsız qala bilməz. Aİ xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək kimi qətiyyətli addım atıblar".

Bundan əvvəl Aİ İranda 15 vəzifəli şəxsə və altı təşkilata sanksiya tətbiq etmişdi. Kallas isə etirazları qəddarcasına yatırdığına görə İrana sanksiyalar tətbiq edəcəyinə söz vermişdi: "İrandakı etirazların qurbanlarının sayı və rejimin istifadə etdiyi metodlar həqiqətən çox ciddidir. Buna görə də biz açıq bir siqnal göndəririk: əgər insanları repressiya etsəniz, bunun bir bədəli var və siz buna görə cəzalandırılacaqsınız".

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR