İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ayaks" Bakıya əzmkar qələbə üçün, amma ciddi itki ilə gəlir - VİDEO

1636 07.12.2025 18:37 İdman A A

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Ayaks” ciddi itki ilə üzləşib. 

Komandanın bombardiri Vaut Veqhorst Erediviziyanın 15-ci turunda “Fortuna”yla matçda (3:1) topuğundan zədə alıb.

Niderland millisinin üzvü oyunu davam etdirə bilməyərək 28-ci dəqiqədə əvəzlənib. Futbolçunun son durumu barədə məlumat verilməsə də, onun Bakıdakı oyunda iştirakı sual altındadır.

ÇL-in 6-cı turunda baş tutacaq “Qarabağ” – “Ayaks” matçı 10 dekabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. (fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR