İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Monteneqro münasibətləri müzakirə olundu, konsulluq sahəsində Anlaşma Memorandumu imzalandı FOTO

476 20.12.2025 12:46 Son xəbər A A

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Monteneqronun Baş nazirinin müavini və Xarici İşlər Naziri Ervin İbrahimoviç ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüş zamanı nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət məsələlərini nəzərdən keçiriblər.
Monteneqro Prezidenti Yakov Milatoviçin səfəri də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli siyasi dialoqun davamlılığının təmin edilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Ticarətin genişləndirilməsi, investisiyaların təşviqi, biznesdən-biznesə əlaqələrin gücləndirilməsi və birgə layihələrin irəlilədilməsinin vacibliyi qeyd olunub. Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

Turizm, mədəniyyət və təhsil sahələrini əhatə edən humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz tərkib hissəsi kimi qeyd edilib. Hər iki tərəf bu sahələrdə mübadilələrin genişləndirilməsini məmnunluqla qarşılayıb.

Nazirlər, həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək, qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər.
Görüşdə regional məsələlərə də toxunulub. Bununla yanaşı, nazir Ceyhun Bayramov azərbaycanlı həmkarını Azərbaycan ilə Ermənistan arasında normallaşma və davamlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə məlumatlandırıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Monteneqronun Xarici İşlər Nazirliyi arasında Konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsini nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR