İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana casusluqda ittiham olunan erməni konsul özünü təqsirli bilmir

623 01.10.2025 14:12 Region A A

Azərbaycanın xeyrinə dövlətə xəyanətdə ittiham olunan Ermənistan XİN-in diplomatik korpusunun əməkdaşı - Avstriyadakı konsul Aşxen Aleksanyan təqsirini etiraf etmir.

Bu barədə Ermənistan KİV-ləri mənbəyə istinadən məlumat yayıb.

Onun vəkilləri Abqar Poqosyan və Tavros Gevorkyan ittihamları şərh etməkdən imtina ediblər.

Ermənistan İstintaq Komitəsi Aleksanyanın iş üzrə yeganə fiqurant olduğunu və iyun ayında ona qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işinin açıldığını təsdiqləyib.

O, avqustun 29-da saxlanılıb. Bundan dərhal sonra Milli Təhlükəsizlik Xidməti XİN-in binasında hərtərəfli axtarış aparıb - kompüterlər yoxlanılıb və sənədlər araşdırılıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR