İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir məktəb YANDI

739 19.02.2026 10:04 Son xəbər A A

Ucarda məktəb binasında yanğın baş verib.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Ənvər Məmmədxanlı kəndində qeydə alınıb.

Bildirilib ki, Elman Əliyev adına Ənvər Məmmədxanlı kənd ümumi orta məktəbində başlayan yanğın qısa müddətdə genişlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar Rayon Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılıb, məktəbin əsas hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR