İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı dizayner Hindistanda diqqət mərkəzində  FOTO

612 06.02.2026 15:56 Son xəbər A A

Dizayner Aynur Xəlilovanın yaradıcılığı bu dəfə Hindistanda diqqət çəkib.

Musavat.com xəbər verir ki, hindistanlı aktrisa Sandipa Dharın modelyer Aynur Xəlilova ilə əməkdaşlığı müzakirələrə səbəb olub.

Aynur aktrisanın “Netflix” platforması üçün çəkilən “Chumbak” serialının qala gecəsinə geyimini hazırlayıb.

Məlumata görə, əməkdaşlıq təşəbbüsü qarşı tərəfdən gəlib. “Netflix”in Hindistan komandası tərəfindən Aynur Xəlilovaya rəsmi müraciət olunub və aktrisanın təqdimat mərasimində məhz onun dizaynında geyimlə iştirak etməsi təklif olunub.

Xəlilova sənətçi üçün iki geyim nümunəsi təqdim edib. Seçim bordo rəngli gecə geyimi üzərində edilib və Sandipa Dhar qala gecəsində həmin dizaynla görüntülənib.

Qeyd edək ki, bu, Aynur Xəlilovanın beynəlxalq səviyyədə ilk işi deyil. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR