Kriminal-fantastik janrda lentə alınan “Qırmızı zona” serialının təqdimat mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, 12 bölümdən ibarət serialın təqdimatına ekran işinin aktyor və çəkiliş heyəti, mədəniyyət nümayəndələri, jurnalistlər iştirak edib.
Serialın rejissoru Elvin Rüstəmzadə, ssenari müəllifi isə Asiman Ağa Rövşəndir.
Rollarda Qurban İsmayılov, Yasin Həzirə, Azər Aydəmir, Asiman Ağa Rövşən, İlham Hüseynov, Rauf Şahsuvarov, Rasəf Mehdiyev, Rasimə Abbasova, Mila Bekova, Elvin Əhmədov, Ceyhun Məmmədov, Şamil Süleymanlı, İqrar Salamov və başqaları rol alıb.
Filmin qısa məzmununa görə, müəyyən bir ərazidə naməlum maddi sızıntı baş verir. Ərazi karantinə alınır və tamaşaçılar burada insanların üzləşdiyi gərgin və gözlənilməz hadisələrin şahidi olurlar.
Aktyor Azər Aydəmir Musavat TV-ə açıqlamasında bildirib ki, “Qırmızı zona Azərbaycanda ilk Kriminal-fantastik janrda çəkilən serialdır və 12 bölümlük ekran işi izləyicilərin diqqətini çəkəcək.
Könül İbrahim
Hüseyn Muradbəyli
Musavat.com






