İnsanlara hürriyət, millətlərə istiqlal!

Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edildi

525 01.09.2025 13:25 Kriminal A A

Bakıda azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edilib.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbir nəticəsində İlqar Ələsgərov yetkinlik yaşına çatmayan bir nəfəri məcburi əməyə cəlb etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Araşdırmalarla onun zərərçəkəni paytaxtın müxtəlif ərazilərində avaraçılıq və dilənçiliyə sövq etməklə maddi gəlir əldə etdiyi sübuta yetirilib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə cəlb etmə maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

İ.Ələsgərov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR