İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verildi

1939 16.02.2026 16:38 Gündəm A A

Ləğv edilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.//"Report"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR