İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda nasazlıq yarandı

479 24.02.2026 12:07 Ölkə A A

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində "Qırmızı xətt" üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Bu barədə Musavat.com-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. 

Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda "Qırmızı" və "Yaşıl xətlər"də qatarların hərəkətində gecikmələr var.

"Bənövşəyi xət"də və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR