İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO

1712 14.03.2026 14:44 Hadisə A A

Bakıda ictimai nəqliyyatda baş verdiyi iddia olunan xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yayılan görüntülərə əsasən, avtobusda sərnişin olan gənc qız digər sərnişin kişi tərəfindən əxlaqsız hərəkətə məruz qaldığını bildirib. Qız həmin anları mobil telefonu ilə lentə alıb.

Kadrlarda gənc qızın vəziyyətə etiraz etdiyi, digər sərnişinlərin isə hadisəyə müdaxilə etdiyi görünür. Məlumata görə, avtobusdakı sərnişinlər həmin şəxsi nəqliyyat vasitəsindən düşürüblər.

Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra məsələ geniş müzakirə olunub. Bir çox istifadəçi gənc qıza dəstək ifadə edib və ictimai nəqliyyatda belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

İddia olunan hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılmaqda davam edir./Milli.Az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR