İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda gömrük-biznes dialoqu: Qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  FOTO

625 08.12.2025 12:28 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, Bakıda “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbir keçirilir.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edib.

Deyib ki, Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar şəffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub.

Şahmar Mövsümovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatıb:

“Qeyri-neft sektorunun 2 dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir. Hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Bu sazişlər beynəlxalq ticarətin daha da genişlənməsinə imkan verir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəaliyyətinin təkmilləşməsi gömrükdə rəqəmsal sistemin tətbiq edilməsi ilə təmin olunub”.

Tədbirdə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışı zamanı deyib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında bp şirkəti 170 milyon dollar dəyərində 6 min 250 idxal əməliyyatı həyata keçirib.

WhatsApp Image 2025-12-08 at 12.16.36.jpeg (74 KB)

Onun sözlərinə görə, ötən 2024-cü ildə idxal-ixrac əməliyyatının həcmi 130 milyon dollar olub.

“Bu artım onu göstərir ki, illər keçdikcə fəaliyyətdə kifayət qədər genişlənmələr, yeni layihələr meydana çıxır və həyata keçirilir, idxal-ixrac əməliyyatları daha aktiv formada reallaşır və heç bir şəkildə azalmır. Azərbaycanda iqtisadi aktivlik gələcək illərdə daha da artacaq”, - deyə B.Aslanbəyli əlavə edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR