Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur.
Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində normadan xeyli artıq yağan yağış kollektor sistemlərinin yüklənməsinə səbəb olub və nəticədə bəzi ərazilərdə suyun kənarlaşdırılmasında çətinliklər yaranıb.
Məlumata görə, subasma müşahidə olunan ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Aidiyyəti qurumlar tərəfindən yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.






