İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Tiflisə getmək üçün bu sənədlər TƏLƏB OLUNUR

3009 25.05.2026 14:38 Ölkə A A

Bakı–Tiflis qatar reysi ilə səfər edəcək sərnişinlərdən minik zamanı biletlə yanaşı bir sıra sənədlərin təqdim olunması tələb edilir.

Bu barədə Musavat.com-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Qaydalar aşağıdakı kimidir:

Ümumvətəndaş pasportunun əsli (mygov platformasından əldə olunan rəqəmsal versiya keçərli deyil)

Gürcüstan tərəfinin tələblərinə uyğun sağlamlıq sığortası

5 yaşadək uşaqlar üçün adına rəsmiləşdirilmiş pulsuz bilet

Bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz səfər edən uşaqlar üçün isə hər iki valideynin notarial qaydada təsdiqlənmiş etibarnaməsi

Sərnişinlərdən sənədləri əvvəlcədən hazır etmələri və özləri ilə gətirmələri xahiş olunur.

Qeyd edək ki, Bakı–Tiflis qatarı bu gün saat 23:10-da ilk reysini həyata keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR