İnsanlara hürriyət, millətlərə istiqlal!

Ballıca kəndinə növbəti köç yola salındı

572 29.04.2025 12:25 Ölkə A A

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

Musavat.com xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 15 ailə (68 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 172-yə (811 nəfər) çatacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR