İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramov və Rubio Zəngəzuru müzakirə etdilər

567 19.01.2026 21:17 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, söhbət zamanı Azərbaycan–ABŞ ikitərəfli əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, eləcə də regiondakı vəziyyət və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub.

Danışıqda normallaşma prosesi çərçivəsində etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar və görülən tədbirlər qeyd edilib. Xüsusilə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR