İranda beynəlxalq aviareyslərin yenidən həyata keçirilməsinə başlanılıb. Bu barədə Tehran beynəlxalq İmam Xomeyni hava limanının rəhbərliyindən məlumat verilib.
Musavat.com xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, Tehran beynəlxalq İmam Xomeyni hava limanının istismar üzrə direktor müavini Cavad Artimani bildirib ki, ölkənin hava məkanının yenidən açılması və uçuş məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Səudiyyə Ərəbistanından iranlı zəvvarları daşıyan ilk təyyarələr hava limanına eniş edib.
Onun sözlərinə görə, xarici aviaşirkətlər də İrana uçuşları bərpa etməyə başlayıblar.
Artimani qeyd edib ki, yaxın həftələrdə beynəlxalq reyslərin sayında daha da artım gözlənilir.
Könül
Musavat.com






