İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ Müdafiə Nazirliyi: İranın 500-dən çox PUA-sı və 150 ​​raketi məhv edilib

774 02.03.2026 04:01 Dünya A A

Bölgədə gərginliyin başlamasından bəri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İran ərazisindən atılan 500-dən çox pilotsuz uçuş aparatını (PUA) və 150 ​​raketi məhv edib.

"Report" xəbər verir ki, bu məlumatları BƏƏ Müdafiə Nazirliyi təqdim edib.

"İranın hücumları başlayandan bəri hava hücumundan müdafiə bölmələri 541 dron aşkar edib ki, onlardan 506-sı məhv edilib, 35-i isə dənizə düşüb", - deyə hərbi nazirliyin açıqlamasında bildirilib.

Nazirlik həmçinin qeyd edib ki, İranın 165 ballistik raketi müəyyən edilib, onlardan 152-si vurulub, 13-ü isə dənizə düşüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR