İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəy tortu yerə ATDI, toyda ara qarışdı - VİDEO

1378 01.01.2026 15:58 Dünya A A

İspaniyada baş tutan bir toy mərasimində gözlənilməz insident yaşanıb.

Tort kəsmə mərasiminə sayılı dəqiqələr qalmış bəy tortdan kiçik bir parça götürərək barmağı ilə dadına baxmaq istəyib. Bu an gəlin ona hələ vaxtının çatmadığını bildirərək müdaxilə edib.

Gəlinin xəbərdarlığı bəyi əsəbiləşdirib. O, emosiyalarını cilovlaya bilməyərək tortu itələyib və nəticədə toy tortu yerə düşüb. Baş verənlər mərasimdə olan qonaqları təəccübləndirib.

Hadisədən sonra gəlin incidiyini bildirərək toyu tərk edib. Şahidlərin sözlərinə görə, romantik və sevincli olması gözlənilən an bir anda gərgin atmosferə çevrilib.

Qalmaqallı görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.//milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR