İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir loqo, bir qalmaqal: Durov Makronu hədəfə aldı

1008 24.12.2025 16:12 Dünya A A

Pavel Durov sosial şəbəkə X-də (keçmiş Twitter) paylaşdığı cavabla Fransa Prezidenti Emmanuel Makrona yönəlik açıq eyhamla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Durov şəxsi sperma donorluğu layihəsi üçün hazırladığı loqonu paylaşıb. Loqoda “pd” hərfləri yer alıb ki, bu da onun ad və soyadının baş hərfləridir. Lakin istifadəçilər xatırladıblar ki, Fransada “pd” ifadəsi kobud küçə jarqonunda homoseksuallara qarşı işlədilən təhqiramiz söz kimi tanınır.

Bu irada cavab verən Durov isə ironik və siyasi çalar daşıyan açıqlama verib:
“O halda bu, homoseksual olmayan, amma özünü homoseksual kimi təqdim edən bir layihə olacaq. Fransa prezidentində olduğu kimi — sadəcə əksinə”, — deyə o yazıb.

Durovun bu paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub və istifadəçilər tərəfindən Makrona yönəlik açıq istehza və siyasi sataşma kimi qiymətləndirilib. Fransa tərəfdən açıqlamaya hələlik rəsmi reaksiya verilməyib.

Qeyd edək ki, Pavel Durov son illər Qərb liderlərinə və xüsusən Fransa hakimiyyətinə tənqidi mövqeyi ilə tez-tez gündəmə gəlir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR