İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bizim abrımızı aparacaqlar" - Pezeşkian

1128 06.01.2026 15:08 Dünya A A

"Ədalətsizliyin, mənfəətpərəstliyin, rüşvətxorluğun və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq".

Musavat.com xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pazeşkian rialın devalvasiyası ilə başlayan etirazlara münasibət bildirərkən ölkəsindəki problemlərə toxunaraq deyib.

O qeyd edib ki, məqsədi korrupsiyanın kökünü kəsməkdir:

"Bunu etmək əvəzinə, öz yaxınlarımızı rüşvətə qurşandırsaq, abrımızı aparacaqlar".

"Ədalətsizliyin, mənfəətpərəstliyin, rüşvətxorluğun və qaçaqmalçılığın qarşısını almağa çalışmalıyıq. Lakin qəbul etməliyik ki, bu problemlər bir gecədə həll edilə bilməz. Biz hazırıq, amma bu reallıqlar da görülməlidir" - deyə İran Prezidenti əlavə edib.

Pezeşkian bütün problemlərin xalqın köməyi ilə həll edilə biləcəyinə inandığını, lakin bu inancın hökumətin qüsursuz olduğu anlamına gəlmədiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR