İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən Ukrayna ilə bağlı kritik qərar: 107 ölkə... FOTO

1073 25.02.2026 03:16 Dünya A A

BMT Baş Assambleyası Ukrayna ilə bağlı mühüm sənəd qəbul edib.

Musavat.com xəbər verir ki, “Ukraynada davamlı sülhün dəstəklənməsi” adlı qətnamənin lehinə 107 ölkə səs verib, 12 dövlət əleyhinə çıxıb, 51 ölkə isə bitərəf qalıb.

Səsvermə zamanı Rusiya, Belarus və İran sənədin əleyhinə mövqe nümayiş etdirib. Bitərəf qalan ölkələr sırasında isə ABŞ, Çin, Braziliya və Hindistan yer alıb.

Qətnamədə vurğulanır ki, Ukraynada müharibə artıq dörd ildir davam edir və bu, təkcə region üçün deyil, qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün də ciddi təhdid yaradır. Sənəddə dərhal və tam atəşkəsin elan edilməsi, hərbi əsirlərin tam mübadiləsi, eləcə də qanunsuz saxlanılan və deportasiya edilən bütün mülki şəxslərin azad olunması tələb olunur.

 

Musavat.com

87b9ed8c-c0d8-4211-8215-91cbe04c57df.jpg (152 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR