İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük bir armada İran sahillərindədir - Tramp

819 28.01.2026 08:00 Siyasət A A

ABŞ gəmilərinin böyük bir donanması İrana doğru hərəkət edir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ayovada tərəfdarları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun yenə də Tehranla razılığa gəlməyə ümid edir: “Hazırda İrana təhlükəsiz şəkildə doğru gözəl bir donanma gedir, görəcəyik. Ümid edirəm ki, onlar razılığa gələcəklər".

Flightradar24-ün məlumatına əsasən, bazar ertəsi günü müşayiət gəmiləri ilə birlikdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olan Amerika təyyarədaşıyan gəmisi USS Abraham Lincoln Oman sahillərində Ərəb dənizində yerləşib.

Fox News məlumatlı mənbəyə istinadən bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun hazırda İrana zərbə endirməsi mümkün deyil. Onun tam əməliyyat hazırlığına çatması üçün bir neçə günə ehtiyacı var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR