İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya İsraili sanksiya ilə HƏDƏLƏDİ

662 10.08.2025 15:31 Siyasət A A

Böyük Britaniya hökuməti İsrailin Qəzza sektorunu tam nəzarət altına alacağı halda tətbiq olunacaq sanksiyalar paketini hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri məlumat yayıb.

Məlumata görə, Londonun planı, İsrailin bölgədəki hərbi əməliyyatlarını genişləndirib tam hakimiyyət qurması halında işə düşəcək. Sanksiyaların dəqiq detallarının açıqlanmadığı bildirilir, lakin hökumət mənbələri bu tədbirlərin həm siyasi, həm də iqtisadi xarakter daşıyacağını vurğulayıb.

Böyük Britaniyanın bu mövqeyi, Qəzzada humanitar böhranın dərinləşməsi və beynəlxalq ictimaiyyətin İsrailin hərəkətlərinə yönəlik tənqidlərinin artdığı bir vaxtda açıqlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR