İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya və Almaniya Rusiya müharibəsinə hazırlaşır – Generallardan çağırış

637 16.02.2026 00:59 Dünya A A

Böyük Britaniya və Almaniya rəhbərliyi mümkün Rusiya təhlükəsi fonunda hərbi hazırlıq məsələsini gündəmə gətirib.

Musavat.com xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, Böyük Britaniyanın müdafiə qərargahının rəisi, baş marşal Richard Knighton və Almaniyanın müdafiə rəisi, general Carsten Breuer ictimaiyyətə birgə müraciət edərək yenidən silahlanmanın “mənəvi əsaslarını” qəbul etməyə və mümkün müharibə riskinə hazır olmağa çağırıblar.

Onların sözlərinə görə, Rusiyanın hərbi mövqeyi “qəti şəkildə qərbə doğru dəyişib”. Hər iki hərbi rəhbər Avropanın müdafiə və təhlükəsizlik arxitekturasında “qəti dəyişikliklərə” ehtiyac olduğunu vurğulayıb.

Generallar hesab edirlər ki, mövcud geosiyasi vəziyyət Avropa ölkələrindən daha sistemli və uzunmüddətli hərbi planlaşdırma tələb edir. Onların fikrincə, cəmiyyət də bu prosesə psixoloji və siyasi baxımdan hazır olmalıdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR